Bakıda iki otaqlı evdən yanğın baş verib.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Yasamalda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin 1 otağında pəncərə çərçivəsi, kondisioner və döşəmə 0,5 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.