Yasamalda civə həyəcanı
07 fevral 2016 17:33 (UTC +04:00)

Yasamalda civə həyəcanı

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 16:35-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar