Yaşadığı evin qarşısında vuruldu
18 may 2016 07:34 (UTC +04:00)

Yaşadığı evin qarşısında vuruldu

Suraxanı rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, Atamoğlan Rzayev küçəsində yaşayan Elnur Əliyevi avtomobil yaşadığı evin qarşısında vurub. Piyadanı vuran sürücü hadisə yerindən qaçıb.

 

Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatı üçün olan təhlükə aradan qaldırılıb.

 

Faktla əlaqədar Suraxanı rayon polis İdarəsində araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241
avatar

Oxşar yazılar