Yarım kilo tiryəki 2 min manata satarkən tutuldu
10 iyun 2016 11:18 (UTC +04:00)

Yarım kilo tiryəki 2 min manata satarkən tutuldu

0

Bakı şəhər sakini narkotik vasitə satarkən tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Şalıyev 500 qram tiryəki Abşeron rayonu ərazisində 2000 manata satarkən tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun narkotik vasitəni Masallı rayon sakini, əvvəllər məhkum olunmuş  F.Həbibovdan alması müəyyən edilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar