Yeni Azərbaycan Partiyası (YAP) namizədi İlham Əliyevin seçkidə qələbə qazanması münasibətilə paytaxtın «Sahil bağı»nda aksiya keçirir.
APA-nın məlumatına görə, aksiyada YAP-dan olan deputatlar, hökumət rəsmiləri, gənclər və şəhər sakinləri iştirak edirlər.
Tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov bildirib ki, İlham Əliyevin qələbəsi Azərbaycan xalqının qələbəsidir.
Tədbir bədii proqramla davam etdiriləcək.