Bakının Sabunçu rayonunda kürsülü birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğında evin 1 otağı və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı içəridə bir nəfərin meyiti aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.