Masallıda yanacaq doldurma məntəqəsində yanğın olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən məlumatına görə, rayonun Şərəfə kəndində vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 100 m² olan "ŞƏRƏFƏ" petrol yanacaq doldurma məntəqəsinin ofis otağının döşəməsi 4 m² sahədə və bitişik talvarın yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğından yanacaq doldurma məntəqəsinin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03:44-da yanğınsöndürənlər tərəfindən söndürülüb.