Xuliqanlıq edən iki şəxs tutuldu
22 avqust 2016 13:17 (UTC +04:00)

Xuliqanlıq edən iki şəxs tutuldu

0

 

Avqustun 20-də Tərtər rayonu ərazisində 3 naməlum şəxs rayon sakini Əyyub Bəxtiyarovun idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturub Mingəçevir şəhərinə gedəcəklərini bildirib.

 

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN) saytına istinadən məlumatına görə, Aran qəsəbəsinin ərazisində, həmin şəxslər Ə.Bəxtiyarovu döyüb avtomobili ondan alıb hadisə yerini tərk ediblər.

Yevlax və Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Tərtər rayonunun ərazisində tapılıb, hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri Mehman Məhərrəmov və Samir Hüseynov tutulub, digər 1 nəfər isə müəyyən edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar