Xızıda inzibati bina yanıb
29 iyun 2017 13:40 (UTC +04:00)

Xızıda inzibati bina yanıb

0

Xızıda inzibati binada yanğın baş  verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xızı rayonu, Yeni Yaşma kəndində ümumi sahəsi 1684 m2 olan üçmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində yardımçı otağın içərisinə yığılmış karton və kağız tullantıları 8 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar