Xırdalandakı partlayışda yaralanan şəxslərlə bağlı MƏLUMAT
08 sentyabr 2014 10:39 (UTC +04:00)

Xırdalandakı partlayışda yaralanan şəxslərlə bağlı MƏLUMAT

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan ata və oğulun vəziyyəti barədə məlumat açıqlanıb.

 

Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov APA-ya açıqlamasında deyib ki, oğul 2001-ci il təvəllüdlü Yunis İsmayılovun aşağı ətrafları yanıb. Onun sözlərinə görə, uşaq palataya yerləşdirilib, həyati təhlükəsi yoxdur.

 

Onun atası 1972-ci il təvəllüdlü Vidadi İsmayılovun isə bədəninin 90 faizi yanıb, vəziyyəti ağır qiymətləndirilir, həyati təhlükəsi yüksəkdir.

 

Qeyd edək ki, Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var. Baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılan iki şəxs yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1174
avatar

Oxşar yazılar