Xırdalanda YPX əməkdaşları yol qəzasına düşdü, yaralanan var
18 dekabr 2014 06:55 (UTC +04:00)

Xırdalanda YPX əməkdaşları yol qəzasına düşdü, yaralanan var

0

APA-nın məlumatına görə, hadisə zamanı bir polis əməkdaşı yaralanıb.

 

Qəza Xırdalan şəhərində qeydə alınıb. 25 yaşlı polis Yusifli Tural Elşad oğlu xidməti maşını ilə qəza törədib. Qəza zamanı xəsarət alan T.Yusifli  təcili yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Kəllə-beyin tramvası ilə xəstəxanaya yerləşdirilən yaralıya həkimlər tibbi yardım göstərib.

 

Xəstəxanadan verilən məlumata görə, hazırda  yol polisinin vəziyyəti orta ağırdır.  Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar