Xırdalan sakinini bıçaqlayan şəxs tutuldu
02 iyul 2016 17:25 (UTC +04:00)

Xırdalan sakinini bıçaqlayan şəxs tutuldu

0

Abşeron rayonunda bıçaqlanmaya görə axtarışa verilmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 30-da Xırdalan şəhərindən şəhər sakini Mahir Mirzəbəyov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

 

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Fərid Cəfərov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar