XİN Türkiyədə qəzaya düşən azərbaycanlılarla bağlı məlumat yaydı
26 sentyabr 2014 12:44 (UTC +04:00)

XİN Türkiyədə qəzaya düşən azərbaycanlılarla bağlı məlumat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Uşak şəhərindəki qəzada ölən Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb. Lent.az-ın XİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Uşak şəhəri Azərbaycanın İstanbuldakı baş konsulluğunun ərazisinə daxil olduğundan konsulluq tərəfindən zəruri tədbirlər görülüb. Hazırda baş konsulluq tərəfindən Türkiyənin hüquq-mühafizə orqanları və səhiyyə xidməti ilə lazımı təmaslar davam etdirilir.

 

Həlak olanların cənazələrin vətənə çatdırılması, lazımı sənədləşmə işlərinin aparılması və yaralananlara dəstək verilməsi istiqamətində baş konsulluq fəaliyyətini davam etdirir.

 

Azərbaycanın təhsil nazirliyinə də bu barədə məlumat verilib. İlkin araşdırma zamanı bu şəxslərin dövlət hesabına təhsil almadıqları müəyyən edilib.

 

XİN yol qəzasında həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib.

 

Qəza nəticəsində Anar Musayev, Ülvi Sadiqov, Elvin Hüseynov həlak olub, Əli Kərimli, Mayıs Həsənov, Muğdat Talıblı isə yaralanıb. Yaralananların  vəziyyəti orta-qənaətbəxş hesab olunur.

 

Bu şəxslər Türkiyənin Uşak universitetinin 1 və 2-ci kurs tələbələridirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1262
avatar

Oxşar yazılar