Xilasedicilər Şirvan sakininin üzüyün barmağından çıxardı
22 fevral 2013 18:57 (UTC +04:00)

Xilasedicilər Şirvan sakininin üzüyün barmağından çıxardı

Bu gün Şirvan şəhərində bir nəfər barmağındakı üzüyü çıxara bilmədiyi üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək kömək istəyib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhər Dövlət Yanğından Mühafizə Dəstəsi hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, zərərçəkənin barmağı sıxıldığı üçün şişib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə üzüyü kəsərək barmaqdan çıxarıb.

 

Əməliyyat saat 16:45-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810
avatar

Oxşar yazılar