Dünən səhər saatlarında Xəzərdə baş vermiş faciə nəticəsində həyatını itirən və gün ərzində meyiti sudan çıxarılaraq sahilə gətirilən 1958-ci il təvəllüdlü İlham Qafarov dəfn edilib. Lent.az xəbər verir ki, "Azneft" İstehsalat Birliyinin "Nərimanov" Neft Qaz Çıxarma İdarəsinin əməkdaşı olan İ.Qafarov bu gün doğulduğu Hacıqabul rayonunun Atbulaq kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, İ.Qafarov əslən Hacıqabuldan olsa da, ailəsi ilə Ələt qəsəbəsində yaşayırmış.
Allah rəhmət eləsin.