Rusiya gəmisi Xəzərdə çətin duruma düşdü: <span style="color:red;">Azərbaycan yardım etdi
04 noyabr 2014 17:52 (UTC +04:00)

Rusiya gəmisi Xəzərdə çətin duruma düşdü: Azərbaycan yardım etdi

Noyabrın 3-ü günorta saatlarında Azərbaycan Dövlət Dəniz Administrasiyası tərəfindən “Həyəcan” (SOS) siqnalı qəbul edilmiş gəminin hərəkət təhlükəsizliyi təmin edilib. Lent.az-ın Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, “Həyəcan” (SOS) siqnalı Azərbaycanın ərazi sularının cənub hissəsində, sahildən 50-55 dəniz mili məsafədə Rusiya bayrağı altında üzən, İrana məxsus “Amur 2504” gəmisi yanacağının bitməsi səbəbindən təhlükəli vəziyyətlə qarşılaşdığından verilib.

 

Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən qəbul edilmiş “Həyəcan” siqnalı əsasında həmin dəniz ərazisində dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və adıçəkilən gəminin yanacaqla təmin olunması məqsədilə operativ tədbirlər həyata keçirilib. Qeyd olunan gəminin təhlükəsiz hərəkəti bərpa edilib.

 

“Amur 2504” gəmisi bu gün yerli vaxtla saat 11.30-da Ənzəli limanı istiqamətində səfərinə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1202
avatar

Oxşar yazılar