Neftçalada dənizdən meyiti tapılan neftçi dəfn olunub
27 fevral 2016 13:32 (UTC +04:00)

Neftçalada dənizdən meyiti tapılan neftçi dəfn olunub

0

Meyiti fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı, 1971-ci il təvəllüdlü Xudaverdiyev Cavad Xudaverdi oğlu dəfn olunub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, o, doğulduğu Xaçmaz rayonunun Əbiyatağı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin, SOCAR-ın rəsmiləri də iştirak edib.

 

Qeyd edək ki, C. Xudaverdiyev ailəli olub, 3 övladı qalıb. O, 1991-1995-ci illərdə birinci Qarabağ müharibəsində könüllü şəkildə iştirak edib.

 

C. Xudaverdiyev  dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar