Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu gün saat 13 radələrində nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.