Xədicə İsmayılın Ali Məhkəmədəki prosesi təxirə salındı
12 avqust 2015 12:38 (UTC +04:00)

Xədicə İsmayılın Ali Məhkəmədəki prosesi təxirə salındı

Bu gün Ali Məhkəmədə jurnalist Xədicə İsmayılın kassasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, Elman Məmmədovun (Elman Türkoğlu) şikayəti üzrə çıxarılmış qərardan verilən kassasiya şikayətinə baxılma prosesinə jurnalistin özü gətirilməyib. Müdafiə tərəfi buna etiraz edib. Şikayətçi Elman Türkoğlunun da nümayəndəsi məhkəmə prosesində iştirak etmədiyi üçün məhkəmə prosesi təxirə salınıb.

 

Qeyd edək ki, Elman Məmmədov (Türkoğlu) şərəf və ləyaqətinin jurnalist Xədicə İsmayılova tərəfindən təhqir olunduğu ilə bağlı məhkəməyə müraciət edib.  X. İsmayıla Cinayət Məcələsinin 147-ci maddəsi ilə cinayət işi başlanıb. Birinci instansiya məhkəsi jurnalist Xədicə İsmayılovaya 2500 manat cərimə təyin edib. Jurnalist qərardan apellyasiya şikayəti verib.

 

X.İsmayıl digər bir cinayət işi ilə bağlı həbsdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 67
avatar

Səlcuq Elçin

Oxşar yazılar