Xalq artisti Nəriman Məmmədov dünyasını dəyişib
06 aprel 2015 15:30 (UTC +04:00)

Xalq artisti Nəriman Məmmədov dünyasını dəyişib

Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov vəfat edib.

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin APA-ya verdiyi məlumata görə, N. Məmmədov bir neçə gün əvvəl insult keçirib.

 

F. Əlizadə qeyd edib ki, Nəriman Məmmədovla vida mərasimi aprelin 7-də saat 12: 00-da Bakı Musiqi Akademiyasında olacaq, o, II Fəxri Xiyabanda dəfn olunacaq.

 

Qeyd edək ki, N. Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində doğulub.

 

“Humay”, “Şeyx Sənan” baletlərinin, “Altı qızın biri Pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir” musiqili komediyalarının, yeddi simfoniya və bir neçə simfonik poemanın, 700-ə yaxın mahnının müəllifidir.  

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319

Oxşar yazılar