Xaçmazda qəza: ölən və xəsarət alan var
20 mart 2015 22:09 (UTC +04:00)

Xaçmazda qəza: ölən və xəsarət alan var

0

Bu gün Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunun 11-ci km-də qeydə alınıb. Quba rayonu, Alekseyevka kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev İlqar Əli oğlunun idarə etdiyi 40 BL 270 dövlət nömrə nişanlı “Merсedes” markalı avtomaşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib.

 

Maşında olan Fatimə adlı xanım sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 221

Oxşar yazılar