APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 1988-ci il təvəllüdlü Mahmudov Vüqar Tacəddin oğlu boğaz və döş qəfəsindən çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Ona boynun və döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub, vəziyyəti ağırdır.
Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, araşdırmalar davam etdirilir.