Xaçmazda avtomobil oğruları saxlanıldı
04 oktyabr 2014 13:31 (UTC +04:00)

Xaçmazda avtomobil oğruları saxlanıldı

0

Xaçmazda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də Təhmasib Müseyibova məxsus “VAZ-21214” markalı avtomobili qaçırmış rayon sakinləri Zaur Tağıyev, Ayaz Xankişiyev və Könül Dadaşova tutulub.

 

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 23-də Renat Əlievə məxsus “VAZ-21011” avtomobili qaçırmaları, habelə ona məxsus dövlət qeydiyyat nişanlarını Abşeron rayonunun Saray qəsəbəsi ərazisində atmaları müəyyən edilib. Həmin avtomobilin üzərində tranzit nömrələri aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 788

Oxşar yazılar