Bunu APA-ya açıqlamasındaMüsavat Partiyasının Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyub Müsavat başqanının müavini Elman Fəttahın fikirlərinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, E. Fəttah bildirib ki, ADR rəhbərliyində olan şəxslər Müsavatda üzv qalmayacaqlar, özünə hörmət edənlər istefa verəcək, müvafiq strukturlar isə digərlərinin partiyadan xaric edilməsi məsələsinə baxacaq.
V. Əyyub isə qeyd edib ki, partiyanın istənilən strukturu oradakı adamların şəxsi fikirləri və iradələri əsasında qərar qəbul etməməlidir: “Bir nəfərin fikirlərindən uzağa gedən nəticə çıxarmaq istəmirəm. Ancaq Müsavat rəhbərliyi nə qədər subyektiv düşüncələr və iradələrlə hərəkət etmək istəyəcəksə, o qədər də partiyanı zəiflədəcək. Partiyanın Nizamnaməsi var, qərarlar da buna uyğun olmalıdır. Nizamnamədən kənar qəbul edilən qərarlar partiyanın əleyhinə işləyəcək”.