Bakıda daha bir qadın doğuş zamanı ölüb. Lent.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, iki gün əvvəl Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin vergi müfəttişi işləyən 33 yaşlı Vüsalə Əmirullayeva doğuş zamanı dünyasını dəyişib. Leyla Şıxlinskaya klinikasında əkiz uşaq dünyaya gətirən qadının həyatını xilas etmək mümkün olmayıb. Körpələrin vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, hadisə V.Əmirullayevanın toyunun ildönümü günü baş verib.