Vəkil Mənsum Bayramov yenə məhkəmə qarşısında
17 may 2016 10:09 (UTC +04:00)

Vəkil Mənsum Bayramov yenə məhkəmə qarşısında

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Mənsum Bayramovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

 

 

 

Qeyd edək ki, M.Bayramov 2014-cü ilin sentyabrında dələduzluqda təqsirli bilinərək həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. Xatırladaq ki, uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin Rəyasət Heyətinin üzvü olmuş M.Bayramov 2005-ci ildə AXCP-dən deputatlığa namizədliyini irəli sürüb. M.Bayramov həbs olunan vaxta kimi Vəkillər Kollegiyasının da üzvü olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Bayramov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində iş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə qaytarılıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldıqdan sonra yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Səlcuq Elçin

Oxşar yazılar