Ustanın ölümündə günahlandırılan direktor müavininə bəraət verildi
20 iyun 2019 15:58 (UTC +04:00)

Ustanın ölümündə günahlandırılan direktor müavininə bəraət verildi

Gəncə Apellyasiya Məhkəməsində ustanın ölümündə təqsirləndirilən Sadıx Sadıxov barəsindəki hökmdən verilən şikayətə baxılıb.
 
APA-nın məlumatına görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Hakimlər kollegiyasının qərarına əsasən, Sadıx Sadıxovun barəsindəki birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib və ona bəraət verilib. 
Qeyd edək ki, Qazaxda yerləşən “Saloğlu Fərdi Firması”nın “Karkas” sexində usta işləyən Etibar Məcidov təhlükəsizlik qaydalarının pozulması nəticəsində ölüb.
 
Rayon Prokurorluğu tərəfindən firmanın direktor müavini Sadıx Sadıxov barəsində Cinayət Məcəlləsinin 162-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Qazax rayon Məhkəməsində S. Sadıxov 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun barəsində Cinayət Məcəlləsinin 70-ci ( şərti məhkum etmə) maddəsi tətbiq edilib. S. Sadıxov barəsində 3 il sınaq müddəti seçilib.
 
Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən çıxdı

Bakıda QƏZA: İşıqfor yerindən çıxdı

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10
Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

Ramiz Tatarovun məhkəməsi ilə bağlı YENİ XƏBƏR

11 dekabr 2024 , 16:40