Usta hovuza düşərək öldü
Mingəçevir sakini bədbəxt hadisə nəticəsində ölüb.
ONA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin “Energetiklər” yaşayış massivinə bitişik bağ təsərrüfatında baş verib.
Həmin ünvandakı fərdi təsərrüfatda usta işləyən, 1953-cü il təvəllüdlü Lahıcov Fazil İslam oğlu yıxılaraq başından ağır xəsarət alıb və huşsuz vəziyyətdə dərinliyi 1 metr olan hovuza düşüb.
Hovuzda köməksiz vəziyyətdə qalan usta ölüb.
Faktla bağlı araşdırma aparılır.
603