Uşaq rəsm festivalı keçirilib
Bu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May- Respublika günü”nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə elan olunmuş “AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI keçirilib.
Lent.az-ın məlumatına görə, sərgi 12-17 yaş arası uşaqlar üçün təşkil edilib.
Bildirilib ki, müsabiqəyə hər iki yaş kateqoriyası üzrə ümumilikdə 1065 uşaq əsər göndərib və ilkin seçimdə 12 yaşa qədər uşaqların 160 əsəri, 12-17 yaş arası uşaqların 170 əsəri sərgilənəcək. O cümlədən, “YURDUMUZA BAHAR GƏLİR” uşaq rəsm müsabiqəsindən seçilmiş hər yaş kateqoriyasından 10 əsər, həmçinin “MƏNİM ŞAMAXIM” müsabiqəsindən seçilmiş 33 əsər nümayiş olunmaq üçün dəvət olunub. Müsabiqədə Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 4 Nömrəli UİM, Vəfa Art Studiya, 1Nömrəli UGİM, Sumqayıt Ə.Bakıxanov adına UİM, 108 nömrəli tam orta məktəb, Yeni Nəsil Tədris Mərkəzi, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbi, 1 saylı UİM, Şamaxı Şəhər Uşaq Rəssamlıq Məktəbi, Rəngli Duyğular Rəsm Studiyası, Şəki Şəhər Uşaq Rəssamlıq Məktəbi, Respublika UİM, Bilik Yolu Tədris Mərkəzi və başqa kollektivlər xüsusi fəallıq göstərib. Sərgilənən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq həmçinin müxtəlif təşkilatların nominasiyalar üzrə mükafatları olacaq.
1. Həmrəyliyə çağırış – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi,
2. Məktəb həyatı – Azərbaycan Respublikası Təhsil Nazirliyi,
3. Dostluq mövzusu – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,
4. Maraqlı ideya – Azərbaycan Dövlət Rəsm Qalereyası,
5. Vətənin tərənnümü – Xətai Rayon İcra Hakimiyyəti,
6. Mövzu seçimi – Azərbaycan Rəssamlar İttifaqı,
7. Rəng həlli – Xətai Sənət Mərkəzi,
8. Vətənpərvərlik mövzusu – Naxçıvan MR Bakıdakı Nümayəndəliyi,
9. Təbiət mövzusu – Az Tv,
10. "Nəsimi İli"nə töhfə – Lider TV,
11. Qəhrəmanlıq mövzusu – Yeni Gallery,
12. Ən yaxşı kompozisiya həlli – Bakı gallery,
13. Obraz təsviri –Sənətşünaslar birliyi,
14. Ən yaxşı işıq və kölgə həlli – İncəsənət Kolleci,
15. Əsərə çəkilmiş illüstrasiya – Şərq-Qərb Nəşriyyat Evi Festival üçün hər yaş qrupu üzrə 15 əsər olmaqla ümumilikdə 30 əsər seçilərək və həmin əsərlərin müəllifləri festivala dəvət olunacaq və qaliblər mükafatlandırılacaq.
Mükafatlandırma fondu: I yer – stol molbert və yağlı boya dəsti II yer – molbert və akril dəsti III yer – planşetli molbert və sulu boya dəsti Həvəsləndirici mükafat 10 nəfər – yağlı boya dəsti.
Qeyd edək ki, bağlanış Xətai Sənət Mərkəzində keçiriləcək və festival iştirakçıları əlavə diplomla təltif olunacaq.
Oxşar yazılar

Bakıda azyaşlı qızına işgəncə verən ana axtarışa verildi - VİDEO - YENİLƏNİB
4 mart 2025 , 20:22
Acun Ilıcalı və Sadettin Sarana qarşı iddianamə hazırlandı - Qanunsuz mərc oyunlarına görə
4 mart 2025 , 19:44
Ağdamda evdən meyit tapıldı
4 mart 2025 , 19:43
Məktəblilər gənc oğlanı soyundurub döydülər
4 mart 2025 , 18:05
Lənkəranın icra başçısı ona sui-qəsddə ittiham olunanın məhkəməsinə ÇAĞIRILDI
4 mart 2025 , 17:30
Azərbaycandan çıxmaq istəməyən 59 miqrant saxlanıldı
4 mart 2025 , 17:09
İranda kişilərin qarşısında oxuyan qadın müğənni saxlanıldı
4 mart 2025 , 16:09