Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun daha da geniş təbliğ olunması məqsədilə sentyabrın 15-də Qobustana aid foto və əşyalar sərgisinin nümayişi, ziyafət, müxtəlif növlü təbliğat materiallarının paylanması və "Qobustan kölgələri" baletinin nümayişi təşkil olunacaq.
Bu məqsədlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəqqasları, Böyük Britaniyalı xoreoqraf Maksim Braham və digər nüfuzlu mütəxəssislər cəlb edilib.
Tədbirdə Azərbaycanın, UNESCO katibliyinin və təşkilata üzv dövlətlərin yüksək vəzifəli şəxsləri, o cümlədən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcəklər.
Nazirlikdən bildiriblər ki, sentyabrın 16-da isə Strasburqda "Qobustan kölgələri" baleti nümayiş etdiriləcək.