Ukraynalı biznesmen beynəlxalq axtarışa verildi
24 iyun 2015 13:23 (UTC +04:00)

Ukraynalı biznesmen beynəlxalq axtarışa verildi

0

 

 

Azərbaycan ukraynalı iş adamı barəsində beynəlxalq axtarış elan edib.

 

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, Ukrayna vətəndaşı, 34 yaşlı Andrey Kolesnik qanunsuz sahibkarlıq fəaliyyətində və qaçaqmalçılıqda təqsirləndirilir.

 

Andrey Kolesnik Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

 

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar