Ukraynada itkin düşən azərbaycanlı iş adamları tapıldı
09 oktyabr 2014 13:06 (UTC +04:00)

Ukraynada itkin düşən azərbaycanlı iş adamları tapıldı

 

Ukraynanın Luqansk vilayətinin Krasnodon şəhərində itkin düşən Azərbaycan diasporunun iki üzvü, iş adamları Cahangir Əliyev və İkram Ədilov tapılıblar.


 

İ.Ədilovun qardaşı Rasim Ədilov APA-ya bildirib ki, ailələrinə onların Ukrayna Milli Qvardiyası tərəfindən tapıldığı və hazırda onların nəzarətində olduqları bildirilib.

 

R.Ədilov qeyd edib ki, azərbaycanlı iş adamlarının hazırda Luqansk vilayətinin Severodonetsk şəhərində olduğu bildirilir: “Həmin şəhərdə gərgin döyüşlər getdiyi üçün mütəmadi əlaqə yarada bilmirik. Amma hər ikisi Ukrayna vətəndaşı olduqlarından, tezliklə onların oradan çıxarılması üçün yerli güc strukturları ilə əlaqə yaratmağa cəhd edirik".

 

Qeyd edək ki, hər iki iş adamı iyulun 30-da biznesləri ilə əlaqədar Rusiya ilə həmsərhəd Krasnodon şəhərinə gedib və həmin ərazi bombalandıqdan sonra onlarla əlaqə itib. Ukrayna vətəndaşları olan 1964-cü il təvəllüdlü Cahangir Əliyev əslən Azərbaycanın Astara, 1974-cü il təvəllüdlü İkram Ədilov isə Tərtər rayonundandır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1027
avatar

Oxşar yazılar