Ukrayna vətəndaşı Kürdəmirdə qəza törətdi
03 avqust 2016 22:04 (UTC +04:00)

Ukrayna vətəndaşı Kürdəmirdə qəza törətdi

0

Ukrayna vətəndaşı Kürdəmirdə yol-nəqliyyat hadisəsi törədib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 206-cı kilometrliyində, Kürdəmir rayonunu Qarabucaq kəndindən keçən hissəsində baş verib.

 

Göyçay rayon sakini, 33 yaşlı Elçin Akif oğlu Axundovun idarə etdiyi "Ford" markalı yük maşınını onun arxasınca hərəkət edən Ukrayna  vətəndaşı 48 yaşlı Klevanov Valeriy Petroviçin idarə etdiyi "Reno" markalı maşınla vurub.  Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, "Ford" markalı maşına ciddi ziyan dəyib. Fakt araşdırılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar