Ucarda "Hyundaı" səkiyə çırpıldı, sürücü yaralandı
01 avqust 2016 20:48 (UTC +04:00)

Ucarda "Hyundaı" səkiyə çırpıldı, sürücü yaralandı

0

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA - nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayon ərazisində qeydə alınıb.

 

Ucar rayonunun Qarabörk kənd sakini 1997 - ci il təvəllüdlü Nurlan Vüsal oğlu İbrahimov idarə etdiyi "Hyundaı" markalı minik maşınının idarəetməsini itirib və  yol kənarındakı səkiyə çırpıb.

 

Nəticədə sürücü xəsarət alaraq, Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 345

Oxşar yazılar