Üç otaqlı ev əşyaları ilə birlikdə təmamilə yandı
03 aprel 2015 22:49 (UTC +04:00)

Üç otaqlı ev əşyaları ilə birlikdə təmamilə yandı

Sabirabadda fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sabirabad Yanğından Mühafizə hissəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Sabirabad rayonu, Quruzma kəndində   1971-ci il təvəllüdlü Abbasov Salman Səttar oğluna məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət olan ev əşyaları ilə birlikdə təmamilə yanıb.

 

Yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib.  Yanğın saat 17:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166

Oxşar yazılar