Bakıda həbsxanaya mobil telefon keçirməyinin qarşısı alınıb. Lent.az-ın Ədliyyə Nazirliyi Penitensiar xidmətin saytına istinadən məlumata görə, 3 saylı İstintaq Təcridxanasında Hüseynzadə İlkin Xalıq oğlunun görüşünə gəlmiş qohumu, Salmanov Firudin Famil oğlunun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman iki ədəd “Pfanner” meyvə şirəsinin içərisinə yerləşdirilmiş “Nokia” və “C10” markalı mobil telefon aparatları və dörd ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.
Fakta bağlı araşdırma aparılır.