"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşən və Xəzər dənizinin Türkmənistan sektorunda meyiti tapılan neftçi Qasımov Mübariz Dilqəm oğlu dəfn olunub.
Lent.az “Türkel” TV-yə istinadən xəbər verir ki, Mübariz Qasımovun cənazəsi Tovuz rayonunun Aşağı Mülkülü kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində SOCAR-ın və Tovuz Rayon İcra Hakimiyyətinin, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.