Ankaranı qana boyayan terrorçu budur
18 fevral 2016 10:35 (UTC +04:00)

Ankaranı qana boyayan terrorçu budur

0

 

Türkiyənin paytaxtı Ankara şəhərində terakt törədən şəxsin kimliyi aşkarlanıb.

 

Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, hadisə yerində tapılan cəsəd qalıqlarının ekspertizasından sonra terrorçunun 24 yaşlı kürd əsilli Suriya vətəndaşı Salih Nacar olduğu müəyyənləşib. Polis onun cəsədinin qalıqlarından barmaq izini aşkarlayıb və kimliyini müəyyən edib.

 

Aydın olub ki, S.Nacar PKK terror təşkilatının Suriyadakı qolu hesab edilən PYD/YPG-nin üzvü olub. O ötən ilin iyul ayında Suriyadan gələn qaçqınlarla birlikdə Türkiyəyə daxil olub.

 

Salih Nacarla əlaqədə olan 2 nəfərin saxlandığı bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar