Harika Avcı Ataşəhərdə qaldığı beş ulduzlu otel otağında atəş nəticəsində yaralanıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sinəsinin sağ üst tərəfindən girib qolunun alt nahiyəsindən çıxan tək güllə ilə yaralanan aktrisa təcili yardımla xəstəxanaya aparılıb. Onunla eyni otaqda qalan Yasin Kavak şübhəli şəxs kimi polis bölməsinə aparılıb. O, aktrisanın intihar etdiyini bildirib. İlkin müdaxilədən sonra ölüm riski olmayan Avcı müşahidə altına alınıb.
Kimin atəş açdığını müəyyən etmək üçün ekspertiza müraciət olunub və müğənninin əlində barıt izi tapılıb.
Qeyd edək ki, sevgi macəraları ilə tez-tez gündəmə gələn gözəl aktrisa son zamanlar həyat yoldaşının onu döydüyü xəbərləri ilə medianın gündəminə gəlmişdi. Polisə şikayət edən aktrisa ərinin narkotika istifadəçisi olduğunu və evə narkotik maddələr gətirdiyini bildirib.