Türkiyədən Liviyaya rədd cavabı
11 mart 2015 02:37 (UTC +04:00)

Türkiyədən Liviyaya rədd cavabı

0

Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu Liviya hakimiyyətinin Ankaranın liviyalı üsyançıları  silahlandırması ilə bağlı ittihamlarını rədd edib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl Liviyanın keçid hökumətinin baş naziri Abdulla at-Tani Türkiyəni Liviyanın daxili işlərinə müdaxilə etməkdə və müxalifəti silahlandırmaqda ittiham edib. Bundan sonra isə Liviya hökuməti Türkiyə şirkətlərinin ölkə ərazisində fəaliyyətinə qadağa qoyub.

 

“Bu tamamilə yalan iddiadır. Türkiyə heç vaxt Liviyaya silah tədarük etməyib”, deyə Çavuşoğlu Maltaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, Türkiyə Liviyada atəşkəsi dəstəkləyir. Nazirin sözlərinə görə, Liviya münaqişəsinə xaricdən hərbi müdaxilə etmək çox təhlükəlidir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 147

Oxşar yazılar