Dünən axşam Türkiyənin Muş vilayətinin Malazgirt rayonunda jandarm rəisinin qətlə yetirilməsindən sonra əməliyyat həyata keçirilib.
Lent.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları gecə saatlarında Muşda bəzi ünvanlara basqın edib. Nəticədə terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 10 nəfər saxlanılıb. Evlərdən qanunsuz təşkilatlara aid xeyli material da götürülüb.
**
05:15
Türkiyənin Muş əyalətində terrorçular jandarma rəisini ailəsi ilə birgə güllələyiblər.
Trend-in Anadolu Agentliyinə istinadən verdoyo məlumat görə, terroristlər jandarma rəsisi mayor Alsan Kulaksızın avatomobilin güllələyiblər. Həmin zaman avtomobildə mayorun ailəsidə olub.
Alsan Kulaksız aldığı yaralardan xəstəxanada vəfat edib.
Əyalətdə terroristlərin tutulması məqsəadi ilə irimiqyaslı əməliyyat başlanılıb.