Türkiyənin İğdır vilayətində azərbaycanlı qadın itkin düşüb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İğdırda yaşayan 47 yaşlı Hakan Akbay Azərbaycan vətəndaşı olan həyat yoldaşı, 40 yaşlı İlhamənin yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
H.Akbay deyib ki, həyat yoldaşı aşpaz işləyir və 1 həftə əvvəl işə getmək üçün evdən çıxıb. Lakin həmin gün İlhamə Akbay geri qayıtmayıb: “Hər yerdə axtardıq, qohumların hamısından soruşduq, telefonuna da o gündən zəng çatmır”.
Qeyd edək ki, İlhamə Akbay 23 ildir ki, Hakan Akbayla evlidir. Onların nikahından iki övladları var.
Hazırda qadının tapılması istiqamətində iş aparılır.