Oktyabrın 1-də Mingəçevir polisi 32 yaşlı Türkiyə vətəndaşı Fərrux Türkişi saxlayıb. Mingəçevir Rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Fərrux Turkiş Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İnterpolun qırmızı xətti ilə beynəlxalq axtarışa verilib.
Qadınları fahişəliyə cəlb etdiyinə görə, Türkiyə məhkəməsi Fərrux Türkişi 2 il 2 ay azadlıqdan məhrum edib.
Fərrux Türkiş 2008-ci ildə Azərbaycana gələrək Mingəçevir şəhərində gizlənib. Fərrux Türkiş Mingəçevirdə qaynaqçı işinə düzəlib və rayonda qeydiyyata düşüb. Fərrux Türkiş Mingəçevirdə 45 yaşlı M.Aleksevoyla vətəndaş nikahında yaşayıb.
Fərrux Türkişi Türkiyəyə təhvil vermək üçün sənədlər hazırlanır.
*****
2 oktyabr 15:49
Türkiyədə axtarışda olan şəxs Mingəçevir şəhərində tutulub. Lent.az-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Türkiyə vətəndaşı Ferruh Turkis saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.