Türkiyədə 3 azərbaycanlı tələbə faciəvi şəkildə öldü
26 sentyabr 2014 10:42 (UTC +04:00)

Türkiyədə 3 azərbaycanlı tələbə faciəvi şəkildə öldü

Türkiyədə 3 azərbaycanlı tələbə avtomobil qəzasında ölüb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Uşak şəhərində baş verib. Ölənlərin Uşak Universitetinin Maliyyə fakültəsinin 2-ci kurs tələbəsi Ülvi Sərdarov, İdarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Elvin Bəhramlı və digər tələbə Anar Musayev olduğu bildirilir.

 

Məlumata görə, azərbaycanlı tələbə Əli Kərimlinin idarə etdiyi avtomobil İzmir-Ankara yolunda dirəyə çırpılıb və daha sonra başqa avtomobillə toqquşub. Ülvi Sərdarov və Elvin Bəhramlı hadisə yerində, Anar Musayev isə xəstəxanada dünyasını dəyişib.  Qəzada xəsarət alanlar da olub, onlardan birinin azərbaycanlı  tələbə Mayis Həsənov olduğu açıqlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5467

Oxşar yazılar