Transformatora girən azyaşlının qolu kəsildi
16 oktyabr 2019 18:20 (UTC +04:00)

Transformatora girən azyaşlının qolu kəsildi

Nizami rayonunda elektrik cərəyanı vuran 9 yaşlı Zəhranın yalnız sol qolu ötən gün amputasiya edilib.
 
Lent.az trend-ə istinadla bildirir ki, 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsindən verilən məlumata görə, müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilən Əliyeva Zəhra Bayram qızının ayaqlarının amputasiya edilməsi haqqında xəbər doğru deyil: "Xəstənin yalnız sol qolu amputasiya olunub. Hazırda azyaşlı həkim nəzarətindədir və vəziyyəti ağır olaraq qalır".
 
Xatırladaq ki, ötən həftə paytaxtın Nizami rayonu, Babək prospektində 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.
 
9 yaşlı Zəhra Əliyeva açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub.
 
Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb.
 
Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023
avatar

Oxşar yazılar