Toyuğa görə qardaşını öldürmüşdü - Hökm oxundu
11 oktyabr 2019 17:37 (UTC +04:00)

Toyuğa görə qardaşını öldürmüşdü - Hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Ağamalı Kərimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək A.Kərimovun 17 il azadlıqdan məhrum edilməsini istəyib.
 
Prosesdə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən şəxs 9 il 6 ay azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, qətl ötən il oktyabrın 5-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan A.Kərimov evində münaqişə zəminində qardaşı Ədili Kərimovu bıçaqla qətlə yetirib.
 
Məlum olub ki, qardaşlar arasında dava toyuq saxlamaq üstündə baş verib. 19 yaşlı Ağamalı Kərimov özündən bir yaş böyük qardaşı Ədili Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib. Mübahisə zamanı Ağamalı Kərimov qardaşına kürək nahiyəsindən bir bıçaq zərbəsi vurub. Çox qan itirdiyindən Ədili Kərimov elə hadisə yerindəcə ölüb.
 
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb.
 
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854
avatar

Oxşar yazılar