Toydan çıxan Bakı sakinini maşın vurub öldürdü
30 avqust 2014 02:40 (UTC +04:00)

Toydan çıxan Bakı sakinini maşın vurub öldürdü

0
Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib 
 
 
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Mikayıl Əliyev küçəsində qeydə alınıb.
 
 
“Mercedes” markalı 90 KC 452 dövlət nömrə nişanlı avtomobil piyada 46 yaşlı Yura Məmmədovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, piyada sərxoş olub və yaxınlıqdakı restoranlardan birində toydan çıxıbmış. Lakin “Mercedes”in də yeksək sürətlə idarə edildiyi bildirilir.
 
 
Faktla bağlı Nozami Rayon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2056

Oxşar yazılar