Tovuzda və Qusarda sürücü piyadanı vuraraq öldürdü
22 iyul 2015 13:32 (UTC +04:00)

Tovuzda və Qusarda sürücü piyadanı vuraraq öldürdü

0

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 21-də saat 23 radələrində, Qusar şəhərinin ərazisində, şəhər sakini Elman İsgəndərov idarə etdiyi “VAZ-21723” markalı avtomobillə yolu keçən həmyerlisi Eldar İsmiyevi vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

 

Bənzər hadisə Tovuzda da baş verib. İyulun 18-də saat 07 radələrində Tovuz rayonunun ərazisində Bozalqanlı kənd sakini Özal Paşazadə idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən həmkəndlisi Nofəl Həsənovu vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və  iyulun 21-də orada ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 231

Oxşar yazılar