Tovuzda uşağı maşın vurdu
03 iyun 2017 22:11 (UTC +04:00)

Tovuzda uşağı maşın vurdu

Tovuzda 9 yaşlı oğlanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakini 2008-ci il təvəllüdlü Yusifov Fuad Elnur oğlu yolu keçərkən “Niva” markalı avtomobillə vurulub. Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar