Tovuzda maşın 52 yaşlı kişini vuraraq öldürdü
22 avqust 2016 23:33 (UTC +04:00)

Tovuzda maşın 52 yaşlı kişini vuraraq öldürdü

Tovuzda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

 

Kənd sakini Boris Yusibov idarə etdiyi “VAZ 21011” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən qohumu, 1964-cü il təvəllüdlü Qabil Rüstəmovu vurub.

 

Q. Rüstəmov dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həyatını qurtarmaq mümkün olmayıb.

 

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307
avatar

Oxşar yazılar